Eçmiədzinin arxiyepiskopu iki keçmiş din xadimini MƏHKƏMƏYƏ VERDİbackend

Eçmiədzinin arxiyepiskopu iki keçmiş din xadimini MƏHKƏMƏYƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eçmiədzinin dəftərxana rəhbəri iki nəfəri məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə məlumatları portalı “Datalex.am” məlumat yayıb.

Eçmiədzinin dəftərxana rəhbəri, arxiyepiskop Arşak Xaçatryan keçmiş din xadimləri Stepan Asatryan və Arman Saroyanı məhkəməyə verib.

Arxiyepiskop Arman Saroyandan televiziya efirində onun ünvanına səsləndirdiyi iddia olunan böhtan xarakterli fikirləri açıq şəkildə və yazılı formada təkzib etməsini tələb edir.

Mənəvi təzminat kimi isə ondan 999 dram (təxm. 4,70 man) və dövlət rüsumunun ödənilməsini istəyir.

Arşak Xaçatryan Stepan Asatryana qarşı da oxşar tələblə çıxış edib. Lakin ondan mənəvi təzminat olaraq 999 dram (təxm. 4,70 man) və məhkəmə xərclərinin tutulmasını tələb edir.

Mübahisənin mediada yayılan, arxiyepiskopun guya iştirak etdiyi qalmaqallı video ilə bağlı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az