Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında danışıqlar bazar ertəsinə ( 6 oktyabr – Qeyd) planlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı diplomatlar Qəzza zolağındakı vəziyyəti və regional problemləri müzakirə edəcəklər.
Blinken və Fidanın ABŞ-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
Noyabrın 4-də Blinken İordaniyaya səfər edib və burada Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün bir sıra ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb. Noyabrın 5-də ABŞ dövlət katibi İraqa səfər edəcək.