Fransada son bir ayda antisemitizm aktlarının sayı demək olar ki, 1100-ə çatıb və 490-dan çox insan saxlanılıb.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Jerald Darmanen “Sud Radio” radiostansiyasının efirində bildirib.
“Mindən çox antisemitizm aktı qeydə alınıb. Oktyabrın 7-dən bəri Parisdə və onun ətrafında 257 antisemitizm aktı baş verib”, – o vurğulayıb.