6 yaşlı övladının qatili – Onun başqa ailəsi də var imiş – VİDEObackend

6 yaşlı övladının qatili – Onun başqa ailəsi də var imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 yaşlı bacısı ilə həyətdə oynayarkən 6 yaşlı Şəmistanı atası Famil Pərvanəyev ağac parçası ilə ölümcül döyüb. Hətta evində yaşadığı qaynanasını da vurub. Qadın dərhal 6 yaşlı nəvəsini qonşuya qaçırıb. Lakin azyaşlının həyatını xilas etməyə çalışsalar da buna nail ola bilməyiblər.

ATV-nin qərb bürosunun məlumatına görə, dəhşətli hadisə Şəmistanın kiçik bacısının gözləri önündə baş verdiyindən, o, möhkəm qorxu içində olub. Kənd sakinləri övladının qatili olan Famil Pərvanəyevin Qırılı kəndinə bir neçə ildir gəldiyini, ikinci dəfə ailə qurub burada yaşadığını bildirirlər.

Qırılı kənd icra nümayəndəyi Elxan Qurbanov ATV.az-a bildirib ki, Famil Pərvanəyevin Qazaxda rəsmi nikahda olduğu həyat yoldaşı və iki uşağı var. Bir niçə ilə bundan öncə isə Jalə Musayeva ilə qeyri-rəsmi yaşamağa başlayıb. Onların da iki övladı olub – bir oğlu və bir qızı. Tüfeyli həyat tərzi sürən Famil Pərvanəyev dəfələrlə qaynanasını, həyat yoldaşını və uşaqlarını döyməkdən çəkinməyib. O, ikinci ailəsi ilə birgə bir müddət Bakıda və Qazaxda yaşayıb. Novruz bayramı vaxtı isə Ağstafanın Qırılı kəndinə, qayanasıgilə gəlib. Ailə ilə birgə bir müddətdir orada yaşayırmış.

Qeyd edək ki, qətli törədən Famil Pərvanəyev tutulub.

İnterpress.az