Qırğızıstan Prezidenti “yaşıl enerji” üzrə ECO ölkələrinin potensialından yararlanmağı təklif edibbackend

Qırğızıstan Prezidenti “yaşıl enerji” üzrə ECO ölkələrinin potensialından yararlanmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan bərpa olunan enerji (BOE) mənbələrinin inkişafı üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin potensialından fəal istifadə etməyi təklif edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ECO-nun 16-cı sammitində çıxışı zamanı bildirib.

“Birgə səylərimizi təşkilata üzv ölkələrin iqtisadi inkişafı üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına yönəltmək vacibdir. Bu mənada bərpa olunan enerji mənbələrinin inkişafı üçün üzv ölkələrin potensialından fəal istifadə etmək lazımdır”, – o deyib.

S.Japarovun sözlərinə görə, son illərdə ECO-ya üzv ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.

Qırğızıstan Prezidenti, həmçinin, ECO çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.