Daha 6 erməni reanimasiyadabackend

Daha 6 erməni reanimasiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaralı ermənilər Tsоvinаr Аğаcаnyan (1961-ci il təv.), Qаrеgin Аğаcаnyan (1973), Zаvеn Аvanesyan (1985) və Аyк Тоrоsyandır (1997). “Daqlıq Qarabağın səhiyyə nazirliyi” adlı qondarma quruma istinad edən erməni mətbuatı bildirib ki, bütün yaralılara ilkin tibbi yardım göstərilib, həkimlər onların durumunu sabit ağır qiymətləndirib. Bütün yaralılar reanimasiyaya yerləşdirilib.

Digər məlumata görə, keçmiş Martuni (indiki Xocavənd) rayonundakı “Arevik” tibb mərkəzinə də yaralılar gətirilib. Onlar Vardan Andreasyan və Gevork Qruqoryandır. Onların da vəziyyəti sabit ağır qiymətləndirilib və reanimasiyaya köçürülüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərinin 100-dən artıq olduğunu açıqlayıb. Xankəndi xəstəxanaları dolduğu üçün yaralıların çox hissəsinin İrəvana çatdırıldığı barədə xəbərlər var. Hərbi itkiləri ört-bastır etməyə çalışan Ermənistan tərəfi daha çox mülki əhali arasındakı itkiləri açıqlamaqla özünü həmişəki kimi “yazıq” göstərməyə və beynəlxalq ictimaiyyətin rəyini qazanmağa çalışır. ( musavat.com )

İnterpress.az