Şirkətə qarşı 1000-dən artıq iddia ərizəsi məhkəmələrə daxil olub. “Bloomberg” agentliyini yazdığına görə, gigiyenik məhsullar istehsalında tanınmış şirkətin mallarının xərçəng yaratdığına dair şikəyətlər getdikcə artır. Xüsusulə də qadınların bu məhsullardan istifadədən sonra xərçəngə yoluxduğu iddia olunur. Məhkəməyə müraciət edənlər də əsasən qadnlar və onların yaxınlarıdır. Onlar iddia edir ki, uzun illər ərzində tərkibində talk olan uşaq tozları istehsal edən şirkət bununla minlərlə adamı xərşəngə yoluxdurub. Belə ki, uşaq tozunun istifadəsi zamanı havaya yayılan hissəciklər ananın xərçəngə tutulmasına səbəb olub. Qeyd edək ki, bu ilin fevralında ABŞ-ın Missusuri ştatındakı Set-Lusi məhkəməsi şirkətin şikayətçilərdən birinə ümumilikdə 72 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. 62 yaşlı Jaklin Foksun ailəsi iddia edib ki, o, 35 il müddətində bu şirkətin məhsullarından, xüsusilə də intim gigiyenik vasitlər və uşaqlar üçün nəzərdə tutulan tozdan istifadə edib və xərçəngə yoluxub. (cebhe.info)
İnterress.az