XİN-dən cəbhədəki son vəziyyətlə bağlı BƏYANATbackend

XİN-dən cəbhədəki son vəziyyətlə bağlı BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,

3 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələri xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib.

\”Bunun əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca, xüsusilə Tərtər və Ağdərə istiqamətində artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur. Həmlə və təxribat əməllərini davam etdirir.

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür”.

Qeyd edək ki, ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusunu şəhid olub. Bundan əvvəl isə 12 hərbçimiz həlak olmuşdu. (modern.az)


İnterpress.az