Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Rəfiqə Həsənovanın yaşadığı evə gələn keçmiş kürəkəni, 1985-ci il təvəllüdlü Rövşən Əhədov münaqişə zəminində onu döyüb və oğlu Vitalik Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışları davam etdirir.(apa)
İnterpress.az