Hərbi Prokurorluğun istintaq-əməliyyat qrupu cəbhə bölgəsindəbackend

Hərbi Prokurorluğun istintaq-əməliyyat qrupu cəbhə bölgəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhə xəttində baş verənlərlə bağlı araşdırma aparmaq üçün respublika hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranovun rəhbərlik etdiyi istintaq-əməliyyat qrupu cəbhə bölgəsindədir. Hərbi Prokurorluğun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirirlər.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, ədliyyə polkovniki Əfrahim Təhməzov Hərbi Prokurorluğun mərkəzi aparatının məsul əməkdaşlarının cəbhə bölgəsində olduqlarını təsdiqləyib. ( apa )

İnterpress.az