Yaşayış binasında yanğın – 7 yaşlı uşaq zəhərləndibackend

Yaşayış binasında yanğın – 7 yaşlı uşaq zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb. Yüksək temperaturdan digər otaqların qapıları və mətbəxin tavan hissəsi deformasiyaya uğrayıb.

Yanğın zamanı 5-ci mərtəbədə qonşu mənzildə yaşayan, 2009-cu il təvəllüdlü Şükürov Mahid Elnur oğlu tüstüdən zəhərlənmiş halda təcili yardım xidməti tərəfindən toksikologiya şöbəsinə aparılıb. Yanğın zamanı 4-cü və 5-ci mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az