Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuş Milli Ordunun baş leytnantı Rəşid Mehdiyev böyük izdihamla Salyan rayonunda torpağa tapşırılıb.
O, 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi.
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, rəsmi dövlət qurumlarının təmsilçiləri və minlərlə Salyan və ətraf rayonların sakinləri iştirak edib. (virtualaz.org)
İnterpress.az