Şəhər sakini, 1991-ci il təvəllüdlü Eşqin Rəhimov kimyəvi məhluldan zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E. Rəhimov təmizləyici kimi istifadə edilən kimyəvi məhlul içib və zəhərlənib. Onun məhlulu hansı məqsədlə içdiyi həlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)
İnterpress.az