Bu sözləri hazırda Ağdərədə olan erməni jurnalist Slavik Qabrelyan deyib.
Erməni jurnalist Ağdərə rayonunda vəziyyətin olduqca ağır olduğunu bildirib: \”Burada bizim taleyimiz həll olunur. İnsanlar arasında təlaş və qorxu var. Cəbhə xəttinə 2 km qalmış heç kimi irəli buraxmırlar. Həmsöhbət olduğum yerli sakinlərin sözlərinə görə, ailələrini Xankəndiyə, İrəvana, hətta bəziləri Rusiyaya aparıblar.
Jurnalist qeyd edib ki, cəbhədə güclü partlayış səsləri gəlir: \”Nə qədər çalışsaq da Azərbaycan tərəfinin partlatdığı komanda qərargah məntəqəsi haqqında heç bir məlumat ala bilmədik\”.(Milli)
Inetrpress.az