Bu barədə xəbəri SOCAR-ın saytı paylaşıb.
Məlumatda eyilir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində \”Günəşli\” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və \’\’Günəşli\’\’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
İnterpress.az