Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olubbackend

Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin saytı xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.

\”O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik\”, – SOCAR-dan qeyd olunub.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və \’\’Günəşli\’\’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

İnterpress.az