Neftçala bürosundan daxil olan məlumata görə, ötən gün Neftçala Rayon Dövlət Yol Polis Şöbəsində ölüm faktı baş verib ki, payon polisi və xəstəxananın baş həkimi Telman Zahidov bunu gizlətməyə çalışır.
Daha doğrusu hadisənin yol polisi şöbəsində olması izi yayındırlır.
Belə ki, rayonun Mirzəqurbanlı kənd sakini 1945-ci il təvəllüdlü Nəcəfov Qabil Rza oğlu avtomobilə texniki baxışın olmaması səbəbindən yol polisi inspektorları tərəfindən Yol Polis Şöbəsinə aparılıb. Bir neçə dəqiqədən sonra vətəndaşın öldüyü bəlli olub. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb.
Polis isə izi itirməık üçün dərhal dünyasını dəyişən Qabil Nəcəfovun oğlunu şöbəyə çağıraraq avtomobili götürməsini bildiribr və onların guya bu hadisə ilə bağlı günahkar olmadıqlarını deyiblər. Mərumun oğlu da atasına məxsus “VAZ 2107” markalı maşını şöbənin həyətindən uzaqlaşdırıb.
Bir sözlə, şöbədə və rayon xəstəxanasında vətəndaşın ölüm faktını ört-basdır ediblər… Baş həkimin səyi nəticəsində mərhum Qabil Nəcəfova təcili epikriz açılıb onun ürək tutmasından xəstəxanada öldüyü qeyd olunub.
Ümumiyyətlə, Şirvan İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarovun qardaşı oğlu, Salyanda inspektor işləyən Azad Məmmədyarovun rayon Yol Polis şöbəsinə rəis təyin olunmasından sonra bu sahədə qanunsuzluq və özübaşınalıq baş alıb gedir. Sürücülər hədələrə məruz qalır, aylıq haqq istənilir, sürücülük vəsiqəsi olmayanlar rayonda at oynadır, haqsız cərimələr yazılır və sairə… Hələ rayon yollarında yüksək sürətlə hərəkət edən və Azad Məmmədyarovun belə ona dur əmri verə bilməməsi faktını demirik. Bu avtomobili idarə edən gənc insanları qorxu içində saxlayır və bu hal hər gün davam edir. Bu barədə də yaxın günlərdə video maretal təqdim olunacaq.
Daha dəqiq təfərrüatlarla bağlı geniş məlumat verəcəyik.(Bizimxeber.az)
İnterpress.az