AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən hazırlanmış aksiyada iştirak edən gənclərin söyüşlər söyməsi, ədəbsiz təhqirlərə yol verməsi həmin binada yaşayan Milli Azadlıq Hərəkatının lideri Nemət Pənahlını haqlı olaraq qəzəbləndirib və o gənclərə onlarla ailənin yaşadığı binanın qarşısınd təhqiramiz ifadələr işlətməsinin məsləhətəuyğun olmadığını deyib.
aksiya eli
N.Pənahlının xanımı Həcər Pənahlının xural.com-a verdiyi məlumata görə, bundan sonra gənclərlə N.Pənahlı arasında yaranan mübahisə, sonunda onun polis tərəfindən saxlanılaraq, Polis İdarəsinə aparılmasına səbəb olub. Hadisənin şahidi olan N.Pənahlının bacısı oğlu ayaqyalın həyətə qaçıb. Bu zaman polislər onu da saxlayaraq, polis maşınına mindirib naməlum istiqamətə aparıblar.(xural.com)
İnterpress.az