Mətbuatın gündəmindən düşməyən daim dövlət büdcəsindən ayrılan vəsaitləri öz problemləri üçün xərcləyən Şamaxı İH başçısı bu dəfə azyaşlı körpəsi üçün gecəsini-gündüzünə qatan Zeynəb Afətinin dərdini dinləmədən onu idarədən qovdurub. Təfərrüatı ilə desək Zeynəb xanım çox get-gəldən sonra nəhayət qəbuluna düşə bildiyi Asif Ağayevdən xahiş edib ki,bu şəhərin sakini olaraq burada 2 sot torpaq almaq üçün ona şərait yaradılsın. Lakin Asif Ağayev Zeynəbə cavab olaraq deyib ki,“biz də yerli sakinlərə veriləcək torpaq yoxdur,get başqa yerdən al”
Maraqlıdır görəsən Sahəsi 1611 km² olan bir şəhərdə bu qadına 2 sot torpaq tapılmadımı? Nəzərə alsaq ki,şəhər rəhbəri və öz adamları Şamaxının torpaqlarını zəbt ediblər o zaman anlamaq olar ki,həqiqətən burada adi vətəndaşa çatacaq torpaq payı yoxdur. Mövzu ilə bağlı Şamaxı İH başçısı ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Qeyd edək ki, Btv.az-ın verdiyi məlumata görə Şamaxıda Zeynəb Afətli kimi narazı sakinlər çoxdur və hami bir nəfər kimi İH başçısının fəaliyyətindən narazıdır.
Mövzu diqqətimizdədir!
İnterpress.az