Venesuela prezidenti Nikolas Maduro ölkədə başlayan enerji böhranından çıxış yolu kimi qadınların fenlərdən imtina etməsini təklif edib.
Prezident həmçinin elektrik enerjisinə qənaət üçün yaxın 2 ayda bütün cümə günlərini tətil günü elan edib.
“Mən həmişə demişəm ki, qadın saçlarını əlləri ilə düzəldəndə və təbii yolla qurudanda daha gözəl görünür”.
Nikolas Maduro bildirib ki, enerji böhranı ölkədə başlayan quraqlıq və su elektrik stansiyalarına axan çaylarının səviyyəsinin azalması ilə bağlıdır. (modern.az)
İnterpress.az