Ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır.
Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub. Amma şəhidin valideynləri məğrurdur, bunu qəbul etməyib. Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi də bu otaqda yeyirlər, yatmağa da bu otaqda yatırlar, qonağı da bu otaqda qarşılayırlar. Bu gün şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar.
Dostlar, gəlin bu ailə üçün əlimizdən gələni edək ki, onlar mənzillə təmin olunsunlar. Bu ailənin dövlət tərəfindən mənzillə təmin olunmasına ikiqat haqqı çatır. Həm məcburi köçkün, həm də şəhid ailəsidir.
Bu məlumatı maksimum yayaq ki, dövlət orqanlarına səsimizi çatdıraq. Şəhid ailəsi belə bir daxmada yaşamamalıdır. Müşviqin əziz ruhu qarşısında baş əyirik.
İnterpress.azhttps://youtube.com/watch?v=k2d_6assc0E