Həsən Həsənovun doğum günü ilə əlaqədar onun məzarı başında anım mərasimi keçirilib. Mərasimdə mərhumun doğmaları ilə yanaşı, onun tanıyan və tanımayan insanlar iştirak ediblər. Həsən Həsənovun ruhuna dualaq oxunub.
1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Azərbaycan vətəndaşı Həsən Həsənovun nəşi qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum 2014-cü il oktyabrın 4-də Binəqədi qəbiristanlığında dəfn edilib.(modern.az)
İnterpress.az