Qatilin anası fəryad etdi-VİDEObackend

Qatilin anası fəryad etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ömürlük məhkum Suphinin cənazəsi dəfn olunmaq üçün Mersin vilayətinin Tarsus rayonuna göndərilib. Yaxınları onu gecə dəfn etmək istəsə də, icazə verilməyib. Bu səbəbdən də ailə cənazəni kimsəsizlər qəbiristanlığında dəfn olunması üçün yenidən geriyə-Adanaya göndərib.

Sayt onu da qeyd edib ki, mərhumun əmisi cənazəyə sahib çıxmayacağını bildirib:

“Onsuz da, 1 ildir ki, bu acıyı yaşayırıq. Onları qohum olaraq qəbul etmirik. Mən cənazəni sahiblənmirəm, anası dəfn etmək istəsə də, bir söz demərəm”.

Suphinin keçmiş həyat yoldaşı isə jurnalistlərlə görüşmək istəmədiyini, hamı kimi ölümü mediadan öyrəndiyini söyləyib: “Sanki yad bir adamın ölüm xəbərini oxudum”.

Qatilin öldürülməsinin qızını ona geri gətirmədiyini deyən Özgecanın anası hər dəfə bu mövzu açıldığında o günlərə qayıtdıqlarını deyib: “Belə tez ölməsini istəməzdik, hər gün yaşayıb acı çəkməli idi”.

Qatilin anası fəryad etdi-VİDEO

Qatilin anası fəryad etdi-VİDEO

Qeyd edək ki, Ahmet Suphi həbsxanada atası ilə birlikdə eyni kamerada qalırdı və yaşanmış silahlı hücum nəticəsində atası ağır yaralanıb.

Xatırladaq ki, 2015-ci ilin fevralında Türkiyənin Mersin vilayətinin Tarsus rayonunda 3 nəfər nəqliyyat vasitəsilə evinə gedən zaman ali məktəb tələbəsi Özgecan Aslana təcavüz etmək istəyib. Bu zaman müqavimət göstən qız əvvəlcə boynundan 11 bıçaq zərbəsi alıb, daha sonra isə cəsədinin tanınmaması üçün yandırılıb.(qafqazinfo)

İnterpress.az
https://youtube.com/watch?v=xIpdoP6yLuUhttps://youtube.com/watch?v=cxk-Jk80PUY