2022-ci ildə Mahsa Emini nümayişləri zamanı polis məmurunu öldürmək ittihamı ilə mühakimə olunduğu İranda İnqilab Məhkəməsi tərəfindən 24 yaşlı Məhəmməd Kubadluya verilən edam hökmü icra edilib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. 2022-ci ildə Tehran əyalətinin Ribatkarim rayonunda keçirilən nümayişlər zamanı bir asayiş keşikçisini öldürməkdə və 5 nəfəri yaralamaqda günahlandırılan Kubadlu edam edilib.
Bildirilib ki, edam əvvəllər ölüm hökmünü ləğv edən Ali Məhkəmənin qərarı təsdiqlədikdən sonra həyata keçirilib.
Məhəmməd Kubadlu 21 sentyabr 2022-ci ildə Tehran vilayətinin Ribatkerim rayonunda nümayişlərə müdaxilə edən polis məmuru Ferid Kerempuru avtomobillə əzərək öldürməkdə və 5 polis əməkdaşını yaralamaqda ittiham olunub.
Tehran İnqilab Məhkəməsində mühakimə olunan Kubadlunun ictimai dinləmələrdə sözügedən cinayəti törətdiyinə dair açıqlamaları dövlət televiziyasında yayımlanıb. Digər tərəfdən, bəzi xəbər mənbələrində müttəhimin vəkili olmadan məhkəmədə ifadə verməsi iddiaları yer alıb. Amnesty İnternational təşkilatı həmçinin “Kubadlunun işgəncə altında etiraf etməyə məcbur edildiyini və məhkəmə prosesinin kökündən qüsurlu olduğunu” iddia edib.
Kubadlu 2022-ci il oktyabrın 29-da “döyüş” cinayətinə görə məhkəmədə edam cəzasına məhkum edilib. Bildirilib ki, təqsirləndirilən şəxsin vəkili ölüm hökmündən sonra apellyasiya şikayəti verib.
Ali Məhkəmə 2023-cü il iyulun 26-da Kubadluya qarşı çıxarılmış qərarı ləğv edərək işin yenidən araşdırılmasına qərar verib.
Kubadlunun vəkilləri ötən gün edam qərarı elan edildikdən sonra sosial şəbəkələrdə və ölkə mətbuatında paylaşdıqları açıqlamalarda Ali Məhkəmənin müvəkkilləri üçün yenidən məhkəmə qərarı verdiyinə diqqət çəkib və bu səbəbdən edam qərarının qanuni olmadığını müdafiə ediblər.
İran Cinayət Məcəlləsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək (ifsad fi’l ard)” və “dövlətə qarşı müharibə aparmaq (maharaba)” kimi cinayətlərdə təqsirləndirilənlər ölüm hökmü ilə mühakimə olunur və adətən ölümə məhkum edilir.