ABŞ və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə əlaqədar vəziyyətin nizamlanmasında tam səmərəsiz idilər.
Bu barədə Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzinin direktoru, \”International Market Analysis, Ltd.\” şirkətinin direktoru, siyasi risklərin təhlili üzrə ixtisaslaşmış ABŞ Atlantik Şurasının baş eksperti, \”International Market Analysis\” şirkətinin təsisçisi Ariel Koenin Huffingtonpost.com saytındakı məqaləsində deyilir.
Onun sözlərinə görə, Vaşinqton seçki kampaniyası ilə məşğul olduğu bir dövrdə, Rusiya bundan istifadə edərək hakimiyyətini möhkəmləndirməyə cənub istiqamətində təsir dairəsini genişləndirməyə çalışacaq: \”Regionda hərbi potensialını artırmaqla Rusiya Avropanı Cənub enerji dəhlizindən məhrum edəcək\”.
A.Koenin fikrincə, ABŞ-ın fəaliyyətsizliyi Rusiyaya özünü sülhməramlı kimi göstərmək imkanı verir: \”Son atəşkəs də Minsk qrupundan yan keçməklə məhz birbaşa Rusiya tərəfindən əldə edilməsi də bunu təsdiq edir\”. (trend.az)
İnterress.az