Bərdədə icra nümayəndəsi Şəhid ailəsindən reportaj hazırlayan jurnalisti kənddən qovubbackend

Bərdədə icra nümayəndəsi Şəhid ailəsindən reportaj hazırlayan jurnalisti kənddən qovub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, şəhid Səbuhi Musayevin ailəsinə baş çəkib. Şəhidin ailəsinin yaşadığı Mustafaağalı kəndinə gəlib. Şəhid əsgər Səbuhi Musayevin keçdiyi döyüş yolu haqqında yazı hazırlayan jurnalist kəndin icra nümayəndəsi, özünü sadəcə Qəhrəman kimi təqdim edən şəxs tərəfindən təzyiqə məruz qalıb.

Qoçularını ətrafına toplayan kənd icra nümayəndəsi jurnalistin işini görməsinə əngəl olaraq onu kənddən çıxardıb.

Modern.az Bərdə Rayon İcra Hakimiyyətinin başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Qəhrəman Zeynalovla əlaqə saxlayıb. O, faktı qismən təsdiqləyib.

\”Dediyiniz qadınla danışmamışam. Onun yanında bir şəxs var idi. Ondan kim olduğunu maraqlandım. Amma mən onu kənddən qovmamışam. Bu gün şəhid Səbuhi Musayevin yeddisidir. Bura çox adam gəlir. Mənim tərəfindən şəhidin qovulması olmayıb\”.

Qarşılaşdığı vəziyyətdən ciddi mənəvi zərbə alan Aida Eyvazlının səhətində problemlər yaranıb. (modern.az)

İnterpress.az