Dindarların çoxalması problem yaradır – RƏSMİbackend

Dindarların çoxalması problem yaradır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan \”Ailə institutunun formalaşmasında adət-ənənələrimiz\” adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O təəssüflə bildirib ki, dindarların sayının artması prosesi nəticəsində bəzi dini qruplar məqsədli şəkildə milli kimliyimizlə dini kimliyimizi qarşı-qarşıya qoyur.

“Bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Dırnaqarası dindarlaşma prosesinin gətirdiyi problemlərdən biri də ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranması və bəzən qadın hüquqlarına qarşı çıxışlardır\”.
G.İsmayılov deyib ki, buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir: \”Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır. Dindən qaynaqlannan bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər\”.

O qeyd edib ki, bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır: \”Adət-ənənələrimizdə dindən gələn məsələlər rol oynayır. Amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hansı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır?

Problem İslamda deyil. Səhv anlayışlar bizə səhv İslam adı altında gətirilir, biz buna qeyri-ənənəvi İslam da deyirik. Biz sağlam İslamı təbliğ etməklə radikalizmə, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq\”.

İnterpress.az