Azərbaycanda yaşayan və işləyən əcnəbilərin sayı artıbbackend

Azərbaycanda yaşayan və işləyən əcnəbilərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, bu əcnəbilərdən 88 faizə qədəri kişi, digərləri qadınlardır. Ümumilikdə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin aprelində sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayı artıb.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edir. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir. (virtualaz.org)

İnterpress.az