Belə ki, son parlament seçkilərində mandatdan məhrum edilən Çingiz Əsədullayev AGBank-ın bir neçə gün öncə baş tutan səhmdarların ümumi yığıncağında Müşahidə Şurasının sədri vəzifəsində qaldı.
Keçirilən iclasda AGBank-ın nizamnamə kapitalının artırılması yenidən müzakirə edilib. Eyni zamanda Audit Komitəsi və İdarə Heyətinin hesabatı dinlənilib.
Sonda səsvermə nəticəsi ilə bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib.
Məlumata görə, Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib.
İdarə Heyətinin qalan tərkibi dəyişilməz olaraq qalıb. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, mandata həsrət buraxılan Çingiz əsədullayevin Bankın Müşahidə Şurası sədri postundan da uzaqlaşdırılmalı idi.Ancaq hansısa səbəblərdən sabiq bankir deputat bu dəfə kreslosunu saxlamağı bacardı.(vətəninfo)
İnterpress.az