Bu barədə məlumatı REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli verib. N.Cəfərli “Bu gün REAL-ın sədri İlqar bəylə telefonla danışdım. Yaxşıdır, hamıya salamları var. Hal – hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, iş Şəki Apellyasiya Məhkəməsinə geri göndərilib, məhkəmə günü də təyin edilmir. İlqar bu gün radioda eşidib ki, Ağdaş 90 saylı dairədə təkrar seçki təyin edilib. Dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini verəcək. Zatən indi statusu \”təqsirləndirilən\” şəxsdir, qanun namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik…”-deyə yazıb. ( cebhe.info )
İnterpress.az