Bu barədə səfirliyi mətbuat xidmətindən məlumat verilib.
Finneqan səfəri çərçivəsində Qafqaz Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ADA Universiteti, və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri, High Tech Park, Bakı Amerika Mərkəzi və ABŞ-da təhsil almış məzunların assosiasiyasında gənc sahibkarlar üçün Strateji və Biznes Planlaşdırması mövzusunda bir sıra təlimlər keçirib.
O, qida sənayesi sahəsində bilik və təcrübəsinə əsaslanaraq, AzGranata və Aznar müəssisələrinin menecerləri ilə görüşmək və təbii şirə sənayesinin inkişafını müzakirə etmək üçün Göyçay və Ağsuya da səfər edib.
Öz təqdimatları vasitəsilə cənab Finneqan tələbələrdə “sahibkarlıq şüurunun” inkişafını sövq etdirməyə çalışıb. Bundan əlavə olaraq, o, təlimlərdə çətinliklərlə və biznes təkliflərinə imtina cavabları ilə necə üzləşmək, biznes şəbəkələrinin vacibliyi və reallığa cavab verən biznes gözləntilərinin ortaya qoyulması kimi məsələlərə toxunub.
Finneqan High Tech Parkda gənc sahibkarlara təkbətək görüşlərdə tövsiyələr də verib.
RainPath qida və qida ilə əlaqəli olan yeni yaranan və orta miqyaslı market şirkətləri üçün biznesin inkişafı sahəsində tövsiyələr təqdim edən müəssisədir.(modern.az)
İnterpress.az