Aİ qaz tenderində tələbatın 3 qatını təklif alıbbackend

Aİ qaz tenderində tələbatın 3 qatını təklif alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) üzv ölkələrin ortaq təbii qaz alışı üçün qurulan platforma çərçivəsində təşkil edilən tenderdə tədarükçülərdən tələbin 3 qatı təklif aldığını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Komissiyası təbii qazın müştərək alış tenderi çərçivəsində beynəlxalq təchizatçılardan gələn təkliflərlə bağlı açıqlama verib.

Aİ Enerji Platforması çərçivəsində orta müddətli qaz alqı-satqısı üçün ilk tenderin dünən axşam başa çatdığı və təkliflərə cavab vermək üçün ümumi qaz həcmi 97,4 milyard kubmetr olan təkliflər qəbul edilib.

Açıqlamada mexanizm vasitəsilə 19 şirkətdən təqribən 34 milyard kubmetr qaz tələbatının toplandığı, tədarükçülərin tələb olunan qaz həcmindən üç dəfə çox təklif aldığı və şirkətlərin uyğun təchizatçılarla müqavilələr bağlayacaqları bildirilib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ hər il təxminən 400 milyard kubmetr təbii qaz istehlak edirdi.

Rusiya 40 faizlik payla Aİ-nin ən böyük təbii qaz tədarükçüsü idi. Müharibədən sonra Rusiyadan Avropaya təbii qaz nəqlinin əhəmiyyətli dərəcədə azalması ilə enerji böhranı başlayıb.

Aİ təbii qazda Rusiyadan asılılığını azaltmaq, istehlakı azaltmaq və təchizatçılarını diversifikasiya etmək üçün tədbirlər görüb.

Son zamanlar Avropada qazın qiyməti müharibədən əvvəlki səviyyəyə düşüb.