Gicitkan qurusunu çay kimi dəmləyib, yuyulmuş saçları yaxalamaqla kəpəkdən, baş dərisinin digər problemlərindən xilas ola bilərsiz. Eyni zamanda bu dəmləmə saçları uzadır, saç tökülməsinin qarşısını alır.
Gizitikənin suyundan istifadə etmək üçün gicitkan dərilir, yuyulur, şirə çəkən maşından keçirilir, şüşə qaba yığılıb soyuducuda saxlanılır. Hər gün 1 çay qaşığı yaşıl gicitkan suyundan içiilir və üzərindən 1 dilim limon yeyilir.
Tərkibində bolluca K vitamini olduğu üçün qanı qatılaşdırır. Soyuducuda qaldıqca suyun rəngi qaralır. Hər içdikdə tünd hissəsi süzülür, altının yaşıl hissəsi içilir.
Həmçinin giciktan toxumu cinsi problemlərin aradan qalxmasına köməkçidir. Gicitkan toxumunun bal ya da bəhməzlə gündə 1 ç.q yeyilməsi məsləhətdir.
Həzm problemi yaşayanlar gün ərzində gicitkan dəmləməsindən 1 fincan içilməsi də kömək edir.
Gicitkan dəmləməsinin buxarı sinuzit xəstələrinə yaxşı təsir edir.
Qeyd edək ki, sinuzit burun boşluğunda yaranmış iltihablanmadır.
İnterpress.az