İsveç “Avroviziya”dan əvvəl Quranın yandırılmasına İCAZƏ VERDİbackend

İsveç “Avroviziya”dan əvvəl Quranın yandırılmasına İCAZƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə “Avroviziya”dan əvvəl Quranın yandırılmasının planlaşdırıldığı aksiyaya icazə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Göteborgs-Posten” qəzeti məlumat yayıb.

İsveç polisi “Avroviziya” musiqi yarışması ərəfəsində İsveçin cənubundakı Malmö şəhərində təşkilatçının Quranı yandırmaq niyyətində olduğu tədbir keçirməyə icazə verib.

Nümayiş cümə günü günortadan sonra, rəsmi yarışların başlamasından bir gün əvvəl şəhərin mərkəzi hissəsindəki Qustav Adolf meydanında keçiriləcək.

Nəşrin məlumatına görə, polisə şənbə və bazar günləri də oxşar tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər daxil olub.

Mayın 9 və 11-də Malmödə Fələstin tərəfdarı iki nümayiş planlaşdırılır. Mayın 9-da İsrailyönlü etiraz aksiyası da planlaşdırılır.

Yarımfinalları mayın 7 və 9-da, finalı isə mayın 11-də baş tutacaq yarışda İsveç polisi və təhlükəsizlik polisi artıq təhlükəsizliyi təmin etməyə hazırlaşır.

Müxtəlif ölkələrdən 100 minə yaxın insanın gələcəyi gözlənilir ki, bu da şəhər əhalisinin təxminən üçdə birinə uyğundur. Onların dəqiq sayı hələ açıqlanmasa da, tədbirin təhlükəsizliyini çoxlu sayda polis təmin edəcək.

Xuraman Etibarlı

İnterpress.az