ABŞ və Rusiya kosmos məsələlərində mümkün qədər əməkdaşlıq etməlidir.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Departamenti rəhbərinin köməkçisi Mallori Stüart deyib.
“Əməkdaşlığı mümkün qədər davam etdirmək vacibdir”, -deyə o bildirib.
Bundan əvvəl NASA bəyan etmişdi ki, Rusiya istəsə Artemida proqramına qoşula bilər.
Həmçinin Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-la dinc kosmosda əməkdaşlığı davam etdirir, lakin digər sahələrdə münasibətlər ən yaxşı səviyyədə deyil.