Türkiyə Xarici İşlər Nazirliyi kəşfiyyat mərkəzinə çevrilir və əməkdaşların şəxsi mesajlarını izləyir.
interpress.az xəbər verir ki, bu barədə “Nordic Monitor” yazıb.
“Artıq Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşlarından telefonlarına nazirlik rəsmilərinə işçilər arasında daxili əlaqəni izləmək və hətta silinmiş mesajlara daxil olmaq imkanı verən xüsusi mesajlaşma proqramı quraşdırmaları tələb olunur. İşçilər bu tədbirə nəzarət kimi baxırlar ki, bu da inamsızlığın göstəricisidir.
Ölkə daxilində hazırlanmış Chat-in tətbiqinin adı onun tərtibatçısı Çetin adından götürülüb və türkcə “Chat-in” kimi tələffüz olunur.
Proqram məşhur WhatsApp proqramına bənzəyir və mesajlar, şəkillər və videolar mübadiləsinə, həmçinin onlayn zənglər etməyə imkan verir.
Kale İleri Teknoloji şirkətinə məxsus tətbiqi həm Apple Store, həm də Google Play-də yükləmək mümkündür.
Onun internet saytında şirkət və ya sahibləri haqqında heç bir məlumat yoxdur. Bu da Türkiyədə son zamanlar hökumətə yaxın şəxslərin dövlət qurumlarından qazanc əldə etmək üçün şirkətlər qurması tendensiyasını xatırladır”, – deyə nəşr bildirib.
Xuraman Etibarlı
interpress.az