Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilibbackend

Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.