Çin Rusiya şirkətlərindən İMTİNA EDİRbackend

Çin Rusiya şirkətlərindən İMTİNA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin şirkətləri Rusiya şirkətlərindən imtina edir.

interpress.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Bildirilir ki, Çinin TCL şirkəti sanksiya riskləri fonunda Rusiya müqaviləli televizor istehsalçılarına komponentlərin tədarükünü dayandırıb.

Çindən olan brendin televizorları əvvəllər Kvant və STI Group fabriklərində yığılırdı. İndi TCL elektronikası istehsalı Voronejdən Qazaxıstana köçürüləcək. 2022-ci ildə komponentlərin tədarükünü dayandıran Xiaomi televizorlarının yığılması da orada təşkil olunacaq.

Mənbələrə görə, Xiaomi televizorları Rusiya bazarının 10%-ni, TCL isə 6%-ni tutur.

Müqavilə zavodunun strateji inkişaf direktoru STI Group Skvortsov qeyd edib ki, istehsalçılar daha böyük bazarlara malik ölkələrin xeyrinə seçim ediblər.

Xuraman Etibarlı

İnterpress.az