HƏMAS lideri İsmayıl Haniyənin cənazəsi Qətərin paytaxtı Dohaya aparılıb.
interpress.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin cənazəsi cümə günü dəfn mərasiminin keçiriləcəyi Dohaya çatdırılıb.
Cümə axşamı Tehranda İslam Respublikasının Ali Rəhbəri Əli Xamneinin də iştirak etdiyi Haniyə üçün dəfn mərasimi keçirilib.
HƏMAS Siyasi Bürosunun qətlə yetirilən rəhbərinin cənazəsi Qətərin paytaxtının ətrafı Lusail qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
Xuraman Etibarlı
İnterpress.az