Paris Olimpiadasının iyrənc görüntüləri internetdə yayılıb.
interpress.az xəbər verir ki, Kanadalı triatlonçu Sena çayında üzdükdən sonra canlı olaraq 10 dəfə qusub.
Olimpiya Oyunlarının başlamasına az qalmış çayda E.coli və digər bakteriyaların qadağanedici konsentrasiyası aşkar edilib. Lakin bu, təşkilatçıları dayandırmayıb və üzgüçülük baş tutub.
Qazaxıstan adına yarışan Yekaterina Şabalina çay suyunu udaraq üzgüçülüyün sonuna qədər qusub. Kanadalı triatlonçu Tayler Mislavçuk canlı yayımda 10 dəfə qusub.
Xuraman Etibarlı
İnterpress.az