Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı bir günlük matəm elan edib.
İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı öz “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək məqsədilə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə bağlı sabah (2 avqust) milli matəm elan edildi. İsmayıl Haniyə və bütün fələstinli şəhidləri rəhmətlə yad edir, Fələstin xalqına öz adımdan və millətim adından başsağlığı verirəm.”