Zelenski itirilmiş ərazilərdən imtina etməyə hazırdır – “Lidovky”backend

Zelenski itirilmiş ərazilərdən imtina etməyə hazırdır – “Lidovky”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Rusiya ilə münaqişə zamanı itirilmiş ərazilərdən imtina etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Çexiyanın “Lidovky” qəzeti yazır.

Nəşr bildirir ki, Zelenski Rusiya ilə münaqişə zamanı itirilmiş ərazilərdən imtina etməyə hazırdır. Ancaq o, bunu heç vaxt açıq şəkildə etiraf etməyəcək.

“Ukrayna siyasi rəhbərliyi bütövlükdə ərazisinin bir hissəsinin itirilməsini qəbul etməyə hazırdır. Əslində, onlar bu variantı çoxdan nəzərdən keçirirlər. Lakin Zelenski, hökumət və müxalifət siyasətçiləri bu variantı açıq şəkildə rədd edirlər. Axı onlar bunun əksini etiraf etsəydilər, siyasi intihar edərdilər”, – materialda deyilir.

Qəzet təklif edib ki, Ukrayna istənilən halda açıq şəkildə və ya pərdə arxasında ərazi iddialarından əl çəkməli olacaq. Çünki Qərb Kiyevə maliyyə dəstəyi verməkdə davam etmək istəmir və bu, Ukrayna Silahlı Qüvvələrini yeni hücum şansından məhrum edəcək.

Xuraman Etibarlı

İnterpress.az