Şəkərdən tam imtina orqanizmdə ciddi pozuntulara səbəb ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Endokrinoloq Atraxov şəkərdən tamamilə imtina etməyin maddələr mübadiləsində ciddi pozuntular yarada biləcəyini açıqlayıb.
Diabet sahəsində aparılan son araşdırmalar paradoksal nəticələr ortaya qoyub: rasionundan şəkəri bütövlükdə çıxaran şəxslərdə insulin dirənci (rezistentliyi) inkişaf edib, qanda qlükoza səviyyəsinin təbii idarəolunması zəifləyib və qaraciyər piylənməsi qeydə alınıb.
Mütəxəssisin sözlərinə görə, kəskin qlükoza çatışmazlığı zamanı orqanizm vəziyyəti kompensasiya etməyə çalışaraq metabolizmi yenidən qurur ki, bu da sağlamlıq göstəricilərini pisləşdirir.
Bundan əlavə, belə kəskin məhdudiyyət mədə-bağırsaq sistemində ciddi fəsadlar törədir.
Qlükozanın olmaması səbəbindən bağırsaqlarda faydalı bakteriyaların sayı kəskin azalır, iltihab yaradan mikroorqanizmlər çoxalır və bu hal sistem xarakterli xroniki xəstəliklərin yaranmasına zəmin hazırlayır.
Xuraman Etibarlı
İnterpress.az






