İsrail kəşfiyyatı Suriyada da “Hizbullah”ın rabitə cihazlarını silsiləli şəkildə partladır.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb. Bildirilir ki, artıq Suriyada da “Hizbullah”ın rabitə cihazlarının partlaması qeydə alınıb.
Livanda 1000-dən çox yaralı olduğu bildirilir.
İlkin məlumata görə, kiberhücumun arxasında IDF elektron kəşfiyyatı 8200 dayanır.
Söhbət Livanın cənubunda İsrailin genişmiqyaslı əməliyyatından əvvəl rabitənin pozulmasından, “Hizbullah” funksionerlərinin və komandanlığın təsirsiz hala salınmasından gedir.
Xuraman Etibarlı
İnterpress.az