Tayvan polisi dünən Livanda peycerləri partlayan peycer istehsalçısı Gold Apollo ilə bağlı araşdırmaya başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Tayvan mediası məlumat yayıb. Tayvanın İqtisadi İşlər Nazirliyi istehsalçılardan məlumat aldıqdan sonra bildirib ki, peycerin daxili batareya tutumu təxminən adi AA batareyasının tutumuna bərabərdir və batareyanın partlaması nəticəsində ölüm və ya yaralanmanın baş verməsi mümkün deyil.
Gold Apollo şirkəti materialları və fotoşəkilləri araşdırdıqdan sonra hesab edir ki, peycerlər ixracdan sonra dəyişdirilib.
İxrac məlumatları göstərib ki, şirkət 2022-ci ildən 2024-cü ilin avqust ayına qədər 260.000 peycer dəsti ixrac edib.
Bu ilin yanvar-avqust aylarında əsasən Avropa və Amerika ölkələrinə 40 929 dəst ixrac edib, lakin Livana birbaşa ixracla bağlı məlumat yoxdur.
Golden Apollo həmçinin bildirib ki, AR-924 peycer modelini yoxladıqdan sonra bu peycerlərin birbaşa onlar tərəfindən istehsal olunmadığı, istehsalçı Golden Apollo-dan icazə və əməkdaşlıqdan sonra müstəqil olaraq başqa bir şirkət (BAC) tərəfindən hazırlanıb istehsal edildiyi müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az