Atışma zamanı yaşadıqları dəhşətdən ağlayaraq danışan amerikalı qadınların çıxışından dərhal sonra Harrisin gülməsi tənqidlərə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər internetdə yayılıb.
Gözləri yaşla dolu amerikalılar məktəbdəki atışma zamanı yaşadıqları dəhşətdən danışandan bir dəqiqə sonra Kamala Harris gülüb.
O deyib ki, onun evdə silahları var və kimsə içəri girsə, “vurulacaq”.
Daha sonra o, bunu deməməli olduğunu, lakin köməkçilərinin “sonra bununla məşğul olacağını” əlavə edib.
Bu, sosial şəbəkə istifadəçilərinin tənqidlərinə səbəb olub.
Həmçinin ona xatırladılıb ki, bir müddət əvvəl o, amerikalıların silahlarını götürməyə çağırıb və silahlara ciddi nəzarəti müdafiə edib.
Xuraman Etibarlı
İnterpress.az