Krasnoyarsk diyarında pelmeni və toyuqdan zəhərlənən dörd uşaq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Krasnoyarsk diyarında baş verən faciənin versiyasını media yayıb.
Uşaqlar pelmeni və ya toyuğun üzərinə pestisidlər vurmuş ola bilər.
Axtarışlar zamanı ailənin evindən bir çanta həşərat qovucu vasitə aşkar edilərək müayinə olunmaq üçün götürülüb.
Qonşuların dediyinə görə, ana fermadan ədviyyata oxşayan siçovul zəhəri də gətirib.
Axşam yeməyindən sonra bütün ailə mədə ağrıları keçirib, ancaq həbi yalnız ata qəbul edib. Həmçinin naməlum səbəbdən ailə başçısı sonradan pelmeni qabını yandırıb.
İstintaq Komitəsindən bildirilib ki, uşaqların valideynləri ayılıb və tezliklə dindiriləcəklər.
Xuraman Etibarlı
İnterpress.az