Tatarıstanda meyit qonşuları ilə 7 saat liftdə “GƏZDİ” – VİDEObackend

Tatarıstanda meyit qonşuları ilə 7 saat liftdə “GƏZDİ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda ölən qonşunun cəsədi 7 saat liftdə qalıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Kişi liftin kabinəsində özünü pis hiss edib və ürəyində yaranan problemlərdən dünyasını dəyişib.

Sakinlər onun sadəcə sərxoş olduğunu düşünərək bütün günü meyitlə birlikdə liftdə qalxıb-düşüblər.

Yalnız 7 saatdan sonra qonşulardan biri kişinin nəfəs almadığını anlayıb və təcili yardım çağırıb.

Yerli sakinlər yaşayış kompleksinin mühafizəsinin nə etdiyini, gün boyu liftdə meyiti görmədiklərindən hiddətlənirlər.

Qonşular əmindirlər ki, vaxtında edilən kömək kişinin həyatını xilas edə bilərdi.

Xuraman Etibarlı

İnterpress.az