Məşhur şair və musiqiçi 1,5 il müddətinə sürücülük hüququndan məhrum edilib və cərimə edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məhkəməyə istinadən məlumat yayıb.
Musiqiçi Qarik Sukaçev tibbi arayışdan imtina etdiyinə görə 1,5 il lisenziyadan məhrum edilib və 30 min rubl (təxm. 520 man) məbləğində cərimə edilib.
Qarik Sukaçev – sovet və rus rok musiqiçisi, şair, bəstəkar, kino, səs və dublyaj aktyoru, teatr və kino rejissoru, ssenarist, teleaparıcıdır. 4 musiqi qrupuna rəhbərlik edib.
Xuraman Etibarlı
İnterpress.az