Rusiyada miqrant uşaqların məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılmasına başlanacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Çernışenko bildirib.
Bildirilir ki, 2025-ci il aprelin 1-dən bütün ölkə ərazisində miqrant uşaqların məktəbə qəbulu üçün rus dili biliklərinin yoxlanılmasına başlanacaq.
Dekabrın 20-də Federasiya Şurası rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin övladlarının ümumtəhsil təşkilatlarına qəbul olunarkən rus dilini bilmə səviyyəsinin yoxlanılmasına məcbur edilməsi təklif edilir.
Test pulsuz olmalıdır. Əgər uşaq rus dilini bilməsini təsdiq etmirsə, ona təhsil proqramlarını oxumağa icazə verilməyəcək.
Məktəblərə qəbul üçün başqa bir yeni məcburi tələb uşağın Rusiyada qalmasının qanuniliyinin təsdiqidir.
Xuraman Etibarlı
İnterpress.az